Papa Bakı səfərindən danışıb: `Maraqlı oldu`


13:38     03 Oktyabr 2016 papageldibaki%20(3).jpg

Roma Papası Fransisk Zaqafqaziya respublikalarına səfərindən razı qalıb.


Femida.az-ın məlumatına görə, bu barədə Papa Bakıdan Romaya uçan zaman yolda Vatikandan olan jurnalist qrupuna açıqlamasında bildirib.

"Səfər dolğun və maraqlı oldu", - deyə Papa vurğulayıb.

Xatırladaq ki, Papa sentyabrın 30-dan oktyabrın 1-dək Gürcüstanda, oktyabrın 2-də isə Azərbaycanda səfərdə olub.

Femida.az

Açar sözlər:

Oxunub: 1215